“Qalatasaray” fanatlarına növbəti vəd
20.04.2011 - 12:48
“Qalatasaray” fanatlarına növbəti vəd
İsveç millisinin futbolçusu Johann Elmander karyerasını “Qalatasaray”da davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə klubun prezidenti Adnan Polat açıqlama verib.

O, mayın 14-də “Qalatasary”ın prezident seçkilərindən yenidən qalib ayrılarsa “Bolton”nun hücumçusunu İstanbula gətirəcəyinə söz verib. Polat bildirib ki, artıq isveçli Elmanderlə danışıqlar yekunlaşıb və futbolçu “sarı-qırmızılı” formanı geyinməyə razılıq verib.

2008-ci ildən ingilis klubunun şərəfini qoruyan Johann 87 oyunda 18 dəfə fərqlənib. Milli komandasında 39 dəfə meydana çıxaraq, 11 qol vurub.

Xatırladaq ki, “Qalatasary”da prezidentliyə digər namizəd Ünal Aysal isə az öncə “Şaxtyor”un baş məşqçisi Mirça Luçeskunu, “İnter”dən Samuel Eto’O və “Soşo”dan Marvin Martini rənglərinə bağlayacağını bildirmişdi.