“Gücümüzü Azərbaycan millisinə göstərmək lazımdır”
20.04.2011 - 12:41
“Gücümüzü Azərbaycan millisinə göstərmək lazımdır”
“Yığmamız qrupda Azərbaycan millisini qabaqlaya bilər. Bunu istək, konsentrasiya hesabına bacararıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Qazaxıstanın “Kayrat” klubunun sabiq futbolçusu Viktor Abqols deyib.

Ölkəsinin tanınmış futbolçularından, habelə, ümumittifaq dərəcəli hakim olan veteran milli komandasının Avro-2012-nin seçmə mərhələsində şanslarını dəyərləndirib.

SSRİ çempionatlarında dəfələrlə bizə qarşı oynamış Abqols tarixi xatırlayıb: “Bizim Qafqaz təmsilçiləri ilə yaxşı oyun təcrübəmiz var. Azərbaycanla görüşə yaxşı konsentrasiya olsaq, istəkli oynasaq, qrupda ondan irəlidə olacağıq. Gücümüzü Azərbaycan milli komandasına göstərmək lazımdır”.

Qeyd edək ki, millimiz hazırda 3 xalla qrupda 5-ci, hesabında xal olmayan, qol da vurmayan Qazaxıstan sonuncudur. Bu yığmalar növbəti turda, iyunun 3-də Astanada görüşəcəklər.