Rauf Əliyevlə Flavinyonun fərqi
20.04.2011 - 14:08
 Rauf Əliyevlə Flavinyonun fərqi
Azərbaycan Premyer Liqasının fevral və mart ayları üçün ən yaxşı futbolçularının mükafatlandırılması mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, çempionatın təşkilatçılarının keçirdiyi sorğunun qaliblərinin təqdimat və mükafatlandırması “Uniplaza”da gerçəkləşib.

Əvvəlcədən məlum olduğu kimi, “Qarabağ”ın üzvü Rauf Əliyev fevral, “Neftçi”nin lideri Flavinyo isə martın ən yaxşısı seçilib. Səsvermədə 30 KİV nümayəndəsi və Premyer Liqanın 12 klubu iştirak edib.

Rauf mümkün səslərin cəmi 25, Flavinyo isə 52 faizini toplayıb. Mükafatlandırma mərasimində ən yaxşılara xatirə hədiyyələrə və 1111 manat məbləğində pul mükafatı təqdim olunub.

Qeyd edək ki, sorğuda iştirak edən apasport.az saytı fevral üçün Georgi Adamiya, mart üçün Flavinyoya səs vermişdi.