Yığmamız “Napoli”yə öz səhvləri üzündən uduzub
20.04.2011 - 14:59
Yığmamız “Napoli”yə öz səhvləri üzündən uduzub
İtaliyada keçirilən ənənəvi Sardiniya kubokunda çıxış edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ardıcıl 2 məğlubiyyətdən sonra mükafat uğrunda mübarizəni başa vurub. Apasport.az saytının məlumatına görə, komandamızın baş məşqçisi Vəli Qasımov 2-ci turun oyununda İtaliya təmsilçisi “Napoli”yə məğlubiyyətinin səbəbini açıqlayıb.

AFFA-nın saytına açıqlama verən 43 yaşlı mütəxəssis 1:3 hesablı məğlubiyyəti neapolluların gücü ilə bağlayıb: “Güclü və təcrübəli komanda ilə qarşılaşdıq. Öz səhvlərimiz ucbatından qollar buraxdıq. Məğlubiyyətə baxmayaraq, komanda sona qədər mübarizə apardı”.