“Hakim səhvlərindən nə qədər xal itirdiyimizi hesablaya bilmirəm” - MÜSAHİBƏ
20.04.2011 - 15:27
“İnter” komandasının baş məşqçisi Kaxaber Sxadadze klubun rəsmi saytına müsahibə verib. Apasport.az-ın xəbərinə görə, , gürcüstanlı mütəxəssis hesabat turunda qarşılaşdıqları “Xəzər-Lənkəran”la və növbəti görüşdə üz-üzə gələcək “Qarabağ”la oyun barədə danışıb. O, həmçinin hakimlik və Rövşən Əmiraslanovun zədələnməsi məsələlərinə toxunub.
- Sirr deyil ki, Lənkərana səfər bütün komandalar üçün ən çətin sınaqdır. Bu dəfə “İnter” çətin matçı heç-heçə başa vurdu. Bu qarşılaşma barədə fikirlərinizi bilmək maraqlı olardı?
- Çox yaxşı hazırlaşmışdıq və oyunu düzgün qurmuşduq. Lakin matçın əvvəli bir qədər əsəbi alındı. Bunu komandalarını dəstəkləyən azarkeşlərlə dolu Lənkəran stadionundakı atmosferlə əlaqələndirmək olar ki, bu da özünün psixoloji əksini meydanda qonaq qismində oynayan futbolçularda tapır. Doğru oyun sxemini seçmişdik. Pis olmayan, ən başlıcası isə sürətlə müdafiədən hücuma keçməyə imkan verən sxemə üstünlük vermişdik. Bəli, biz erkən qol buraxdıq, lakin buna baxmayaraq öz oyunumuzu oynamağa davam etdik ki, bu da alqışa layiqdir. Axı buraxılmış qoldan sonra oyuna nəzarət etmək və dağınıq oynamamaq lazım idi. Komandamız yaxşı tempdə oynamağa davam etdi və bu da öz bəhrəsini verdi. Tezliklə biz rəqibin meydançasında pressinq sayəsində hesabı bərabərləşdirməyə nail olduq. Cəsarətlilik məsələsində müəyyən suallar var. Mən deyərdim ki, futbolçularımıza oyunun yekun mərhələlərində və son ötürmələrdə daha inamlı və cəsarətli hərəkət etmək lazım idi. Əgər bu bizdə alınsaydı, o zaman düşünürəm ki, qələbə də qazana bilərdik. Ümumilikdə, “Xəzər-Lənkəran”la səfər oyununda hesabda qeydə alınmış bərabərliyi qənaətbəxş qiymətləndirirəm.
- Amma deyəsən hakimlikdən razı qalmadınız...
- Hakimlik məsələsinə toxunmaya bilmirəm. Çox adam mənimlə razılaşar ki, bu oyunda hakimlik çox aşağı səviyyədə idi. Təəssüf ki, “İnter” ilk dəfə deyil ki, belə halla rastlaşır. Özünüz baxın: Mən hətta hakim səhvlərindən nə qədər xal itirdiyimizi hesablaya bilmirəm. Belə ki, “Bakı” ilə oyunun 92-ci dəqiqəsində hakim rəqib futbolçunun cərimə meydançasında açıq-aşkar, mən deyərdim, “voleybol” oyununa görə penalti təyin etmədi. Sonra “Neftçi” ilə qarşılaşmada hakim bizi aydın olmayan penalti ilə “mükafatlandırdı”. İndi də “Xəzər-Lənkəran”ın qapısına 100 faizlik penalti təyin edilmədi. Xatırlayıram ki, Lənkərandakı matçı idarə edən Rövşən Əhmədov komandamızın “Gəncə” ilə səfər görüşündə rəqibin qapısına açıq-aşkar iki penalti təyin etməmişdi və buna görə 5 oyunluq diskvalifikasiya olunmuşdu. Baş verənlər məni narahat etməyə bilməz, axı, bizdən futbolun inkişafını, futbolçuların səviyyələrinin yaxşılaşdırılmasını tələb edirlər. Lakin razılaşın ki, futbolun inkişafı hərtərəfli olmalıdır və hakimlik obyektiv olmalıdır.
- Birinci hissənin gedişində iki əvəzləmə etməyə məcbur oldunuz. Bununla yanaşı, Rövşən Əmiraslanov üçün mövsüm, görünür, vaxtından əvvəl başa çatdı...
- Təəssüf, Rövşən ayaq barmağını sındırıb. Onun zədə aldığı zaman baş vermiş kuryoza diqqət yetirin. Rövşən qazonda qalıb və ağrıdan qıvrılmışdı, hakim isə həmin anda ona sarı vərəqə göstərdi. Tamamilə aydın deyil, az qala ayağını sındırmış və ciddi zədə almış futbolçuya nəyə görə xəbərdarlıq etmək lazım idi? Təəssüf ki, mövsüm, çox güman ki, onun üçün artıq başa çatdı.
Bir tərəfdən birinci hissənin gedişində iki əvəzləmə etməyə məcbur olmağımız məni çox narahat etdi. Digər tərəfdən qeyd etmək istərdim ki, Kaxaber Mjavanadzeni və Rövşən Əmiraslanovu əvəz etmiş Arif Daşdəmirov və Asif Məmmədov oyuna əla uyğunlaşdılar. Birincisi müdafiədə etibarlı oynadı və fəal hücumlara qoşuldu, Asif Məmmədov isə bəzi epizodlarda bir qədər cəsarətli oynasaydı, bu qarşılaşmanın nəticəsini həll edə bilərdi. Heyətdə iki məcburi düzəlişdən sonra ehtiyatda əvəzləməyə yalnız bir futbolçumuz qalmışdı ki, onu da sonadək saxladıq. Əvəzləmələr, ümumiyyətlə, ona görə düşünülüb ki, oyunu gücləndirsin, ancaq bu matçda biz bu silahdan məhrum olmuşduq.
- Lənkərana ağır səfərdən sonra komandanı rəqib meydançasında “Qarabağ”la daha bir çətin qarşılaşma gözləyir. Bu matça hazırlıq necə gedir?
- Aprelin 16-da oyun keçirdik, lakin nədənsə növbəti matçı bazar günü - aprelin 24-də oynayacağıq. Bununla yanaşı, artıq aprelin 27-də bizi Azərbaycan kubokunun ilk yarımfinal qarşılaşması gözləyir. Sonra aprelin 30-da Premyer Liqa qarşılaşması gəlir, mayın 4-dəsə kubok oyununun cavab qarşılaşmasını keçirəcəyik. Çox təəssüf edirəm. Bu təqvim necə tərtib edilib? Demək istərdim ki, “Qarabağ”la oyunu biz bir qədər tez, məsələn, aprelin 22-i və ya 23-də keçirə bilərdik. Qeyd etməyə dəyər ki, ölkə kubokunun bütün yarımfinalçılarının matçları aprelin 23-də baş tutacaq. Məsələn, AZAL son turu aprelin 17-də oynamışdı, lakin növbəti turun qarşılaşmasını aprelin 23-də keçirəcək. Bu isə o deməkdir ki, bizimlə oyuna bərpa olunmaları üçün onların çox vaxtları olacaq. Ola bilər ki, təqvimin tərtib olunması zamanı bu məqamlar nəzərə alınmayıb. Bununla belə, biz maçtın bir gün əvvələ keçirilməsini xahiş etmişdik, ancaq xahişimiz qəbul edilmədi. Digər tərəfdən millinin heyətində oynayan və bu həftə milli komandanın düşərgəsinə qatılan və ancaq aprelin 21-də komandanın sıralarına dönəcək “Qarabağ”ın futbolçularını da anlayıram. Bütün bu xüsusiyyətlər bizə təsir göstərir, ona görə ki, mövsümün sonunda komandaya belə qısa müddətdə çox sayda çətin matçlar keçirmək lazım gələcək. Odur ki, bizə bu oyunlara cəhdlə hazırlaşmaq qalır. Qarşıda hələ 5 çempionat, minimum 2 kubok matçı var və biz bu qarşılaşmalara maksimum yaxşı vəziyyətdə yanaşmalıyıq. Bütün çatışmazlıqlara baxmayaraq biz komanda ətrafında yaranmış problemləri həll etməli və qarşımıza qoyulmuş vəzifələrin öhdəsindən gəlməliyik.

0
0