Flavinyo: Azərbaycan millisində oynamağa hazıram
20.04.2011 - 16:03
“Mənə səs verənlərin hər birinə təşəkkür edirəm. Xoşbəxtəm ki, 2-ci dəfə bu mükafata layiq görülürəm və əməyimi qiymətləndirirlər”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “Neftçi” klubunun braziliyalı legioneri Flavinyo deyib.
Mart ayının ən yaxşı futbolçusu seçilən 24 yaşlı yarımmüdafiəçi bu gün mükafatlandırılma mərasimində sualları cavablandırıb. Təşkilatçılardan simvolik məbləğ olan 1111 manatlıq kartı alan Flavinyo öncə seçildiyi ay üçün namizədlərini açıqlayıb: “Fikrimcə, bu yerdə durmağa bir çox futbolçular layiqdirlər. Komanda yoldaşım Ruslan Abışov, AZAL-dan Zohair Benouahi, “Xəzər Lənkəran”dan Julius Vobayın adını çəkə bilərəm. Mən ilk olaraq aldığım 1111 manatı götürməmişəm. O, kartımda qalıb. Bunlar gələcəkdə mənə lazımdır və ehtiyacım olanda götürəcəyəm”.
Hələ ilk dövrədə “Muğan”la Salyandakı oyunda ağır zədə üzündən uzun müddət yaşıl meydanda kənarda qalan yarımmüdafiəçinin indi çəkindiyi futbolçu yoxdur: “Azərbaycana gəldiyim zaman mənə çox çətin idi. Çünki burada fərqli oynayırlar. Mən də buna adaptasiya olunmalı idim. Başqa cür oynaya bilməzdim. Artıq kobud oyuna uyğunlaşmışam. Mən həm müdafiə olunur, həm də yaxşı oynamağa çalışıram. Azərbaycanda bir çox komandalar “Neftçi” ilə oyuna ciddi hazırlaşırlar. Misal üçün, son turda AZAL üzərində qələbə qazandığım görüş bizim üçün çox çətin keçdi. “Xəzər Lənkəran”, “Qarabağ” da güclüdür. Elə növbəti turda görüşəcəyimiz “Bakı” da yaxşı komandadır və ağır oyun olacaq. Biz “Xəzər Lənkəran”la son turda oyun yox, çempionluq haqda düşünürük”.
Ölkəmizə gələn ən səviyyəli legionerlərdən olan Flavinyo gələcəkdə millimizdə oynamağı əleyhinə deyil: “Öncə bu haqda fikirləşmirdim. Məni dəvət edən “Neftçi”nin uğuru haqda daha çox düşünürdüm. Mənə demişdilər ki, bu komanda uzun müddət çempion ola bilmir və ona nail olmağa kömək etmək istəyirdim. Hazırda mənim üçün əsas bombardirlik yox, “Neftçi”nin çempionluğudur. Azərbaycan millisində oynamaqla bağlı rəhbərliyin, baş məşqçinin fikrini bilmirəm. Mən tərəfdən buna müsbət cavab verməyim mümkündür. Sadəcə, yığma ilə bağlı ciddi fikirləşməliyəm”.
Bir vaxtlar İtaliyanın “Cenoa” klubunun menecerlərinin maraq dairəsinə düşən Flavinyo “Nefftçi” ilə çempion olub, Çempionlar Liqasında uğurla çıxışda kömək etmək istəyir: “Çox istərdim ki, Azərbaycan Çempionlar Liqasının qrup mərhələsində komandası olsun. Avropanın bu nüfuzlu turnirində uğurlu çıxış etməyi istərdim. Gələcəkdə Avropanın komandasından təklif gələrsə, buna baxmaq olar. Ancaq burda “Neftçi” da əsas söz söhbətidir və təklif həm klubum, həm də özüm üçün sərfəli olmalıdır. “Neftçi” nümayəndələrini Braziliyaya göndərib, mənimlə yanaşı, həmyerlilərim Denis Silva, Alessandro Vyana da Silvanı transfer etdi. Bunda sonra da belə olar. Rəhbərlik lazım bildiyi futbolçuları transfer edəcək. Mənim kimisə məsləhət bilməyim düzgün çıxmazdı. Çünki sabah həmin braziliyalı futbolçu yaxşı oynamasa, mən pis mövqedə qalacağam”.
Mehman Süleymanov

0
0