Arif Əsədov: Yığmamızın onun kimi futbolçuya ehtiyacı var
20.04.2011 - 16:28
“İlk öncə fevralın ən yaxşı futbolçusu Rauf Əliyev, onun baş məşqçisi olan Qurban Qurbanova təbriklərimi çatdırıram. Artıq Rauf oyunu ilə özündən söz etdirməyə başlayıb. Braziliyalı futbolçumuz Flavinyonun 2-ci dəfə ayın seçilməsinə görə təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
Cari mövsümdən ölkəmizdə oynayan braziliyalı futbolçu Flavinyonun mükafatlandırılma mərasiminə qatılan Əsədov yetirmələrinin ayın ən yaxşısı seçilməsində böyük rolu olan səs verənlərə təşəkkür edib: “Səhv etmirəmsə, 6-7-ci dəfə keçirilən bu mükafatlandırmada artıq 3-cü dəfədir “Neftçi”nin futbolçusu ən yaxşı seçilir. Bu da komandamızın göstərdiyi yaxşı, sabit oyunla bağlıdır. Komandanın, futbolçunun ilboyu sabit oynaması vacibdir. Düzdür, oyunçunun fərdi keyfiyyətlərinin, ustalıq səviyyəsinin də rolu var. Bunun uğurlu çıxışda böyük rolu var. Ancaq bütün futbolçuların əməyini də qeyd etmək istərdim”.
Ölkəmizdə oynayan bir sıra legionerlər sonradan milliləşdirilərək, yığmamıza cəlb olunub. Bu mənada Flavinyo kimi səviyyəli legionerin də millimizə faydalı ola bilər. Yığmamızda oynamağa hazır olan 24 yaşlı yarımmüdafiəçi hər halda, baş məşqçinin, rəhbərliyin də mövqeyini önəmli sayır. Əsədov Flavinyonun yığmamızda oynamasına belə münasibət bildirib: “Bu, klub səviyyəsində müzakirə olunub, fikir bildirilməlidir. Əlbəttə, mən də bir azərbaycanlı kimi yığmamızın yaxşı nəticə qazanmasını istəyirəm. Fikrimcə, millimizdə Flavinyo səviyyəsində futbolçuya ehtiyac var”.
Mehman SÜLEYMANOV

0
0