UEFA İnyestanı cəzalandırmağa əsas tapmadı
20.04.2011 - 17:26
UEFA İnyestanı cəzalandırmağa əsas tapmadı
UEFA İspaniyanın “Barselona” klubunun futbolçusu Andreas İnyestanın məsələsinə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, qurum 27 yaşlı yarımmüdafiəçisini cəzalandırmağa əsas tapmayıb.

Məsələ ondadır ki, İnyestanın Çempionlar Liqasında Ukraynanın “Şaxtyor” klubu ilə ilk 1/4 final oyununda (5:1) aldığı sarı vərəqə söz-söhbətə səbəb olub. UEFA-nın Nizam-İntizam Komitəsində şübhə yaranıb ki, Andreas bilərəkdən sarı vərəqə alaraq, “Şaxtyor”la formal xarakter daşıyan cavab görüşünü buraxıb.

Bu isə onun “Real”la ilk yarımfinal oyununda iştirak etməsi ilə bağlıdır. Əgər UEFA bunu sübuta yetirsəydi, İnyestanı cəzalandıracaqdır ki, bu da onun aprelin 27-də Madriddəki görüşü buraxması demək idi. Ancaq belə qərar çıxarılmağından, “Barselona” aparıcı futbolçusunun xidmətindən istifadə edə biləcək.