Rauf Əliyevi ruhlandıran sorğu
20.04.2011 - 17:33
Rauf Əliyevi ruhlandıran sorğu
“Təbii ki, belə uğur futbolçu üçün sevindiricidir”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ” klubunun futbolçusu Rauf Əliyev deyib.

Fevral ayının ən yaxşı futbolçusu seçilən Rauf Əliyev Ağdam klubunun rəsmi saytına açıqlamasında bildirib ki, mart ayında da komanda yoldaşlarının seçilməyini gözləyirmiş: “Martda keçirdiyimiz bütün oyunlarda da qələbə qazanmışdıq. Mükafatın mənə çatmasına gəlincə, deyərdim ki, Georgi Adamiya, Rəşad Sadiqov, Vüqar Nadirov da bunu ala bilərdi. Bu mənim ilk belə uğurumdu. Qarşıdakı zamanlarda daha belə bir uğur qazanmaq istərdim. Səs verənlərin hər birinə öz təşəkkürümü bildirirəm. Göstərilən etimad məni daha da ruhlandırdı”.

Qeyd edək ki, Rauf Əliyev hazırda milli komanda ilə birlikdə Almaniyada təlim-məşq toplanışındadır.