Ramiz Məmmədov 1/8 finalda dayandı
20.04.2011 - 17:48
Qazaxıstan kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı mütəxəssis Ramiz Məmmədovun çalışdırdığı “Atırau” klubu “Tobol”un qonağı olub.
İlk hissənin 34-cü dəqiqəsində məğlub duruma düşən həmyerlimizin komandası fasilədən sonra, 52-ci dəqiqədə hesabda tarazlıq yarada bilib. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşün taleyi əlavə vaxtda həll olunub.
Matçın 104-cü dəqiqəsində qol vuran Məmmədovun yetirmələri 1/4 finala vəsiqəni son 10 dəqiqədə əldən verib. 111 və 118-ci dəqiqədə fərqlənən “Tobol” Məmmədovun komandasına “dur” deyib – 3:2. 1/4 final mərhələsinin qarşılaşmaları mayın 11-də baş tutacaq.
Qeyd edək ki, Qazaxıstanın son çempionu olan “Tobol”la 1 həftədə 2 dəfə qarşılaşacaq “Atırau” aprelin 24-də çempionat matçında da kostanaylıların qonağı olacaq.

0
0