“Qəbələ” “Çelsi” ilə bacarmadı
20.04.2011 - 21:52
“Qəbələ”nin 14 yaşa qədər futbolçulardan ibarət komandası 2-ci Beynəlxalq Kuşadası turnirindəki çıxışına start verib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, ilk oyun günündə ardıcıl üç 25 dəqiqəlik qarşılaşmaya çıxan təmsilçilərimiz aktivinə 4 xal yaza bilib.
“Trabzonspor”a qarşı baş tutan ilk matçda hesab açılmayıb – 0:0. İkinci oyunda “Çelsi” ilə üz-üzə gələn “Qəbələ” 0:1 hesabı ilə uduzub. Günün son görüşündə komandamız “Adana Gənclərbirliyi”ni 2:1 hesabı ilə məğlub etməyi bacarıb.
Bu nəticədən sonra “Qəbələ” 4 xalla qrupun ikinciliyinə yüksəlib. Qrupa 7 xalla “Çelsi” başçılıq edir. Qrupun son matçları sabah keçiriləcək. “Qəbələ” müvafiq olaraq “Altay” və “Berlin Türkiyəmspor” qarşılaşacaq.

0
0