Qurban Qurbanovun yubiley matçı
21.04.2011 - 13:41
Azərbaycan Premyer Liqasının XXVIII turu “Qarabağ” klubunun çalışdırıcısı Qurban Qurbanov üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 39 yaşlı mütəxəssis baş məşqçi kimi karyerasının yubiley – 150-ci matçına çıxacaq.
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş tutacaq yubiley matçındakı rəqib də Qurbanov üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, o, futbolçu karyerasını bitirib, funksioner kimi fəaliyyətinə məhz “İnter”də başlamışdı.
Bu oyunadək 2 klubla müxtəlif səviyyələrdə 149 oyun keçirən baş məşqçinin bu vəzifədə debütü “Neftçi”də gerçəkləşib. 2006-cı il avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən həmin çempionat matçında Qurbanovun yetirmələri “Gənclərbirliyi”nə “dərs keçmişdi” – 6:1. Həmin matçdakı ilk, həm də baş məşqçi Qurbanovun gördüyü ilk qolun müəllifi Georgi Adamiya indi də çalışdırıcının rəhbərliyi altında çıxış edir.

Turnir, klub | Turnir sayı | O | Q | H | M | TOP | X |
Azərbaycan çempionatı, “Qarabağ” | 3 | 85 | 43 | 24 | 18 | 99-64 | 153 |
Azərbaycan çempionatı, “Neftçi” | 2 | 28 | 19 | 4 | 5 | 54-19 | 61 |
Azərbaycan çempionatı | 5 | 113 | 62 | 28 | 23 | 153-83 | 214 |
Azərbaycan kuboku, “Qarabağ” | 3 | 12 | 7 | 4 | 1 | 15-4 | 25 |
Azərbaycan kuboku, “Neftçi” | 2 | 8 | 5 | 2 | 1 | 19-5 | 17 |
Azərbaycan kuboku | 5 | 20 | 12 | 6 | 2 | 34-9 | 42 |
Avrokuboklar, “Qarabağ” | 2 | 14 | 7 | 4 | 3 | 17-15 | 25 |
Avrokuboklar, “Neftçi” | 1 | 2 | 1 | 0 | 1 | 3-4 | 3 |
Avrokuboklar | 3 | 16 | 8 | 4 | 4 | 20-19 | 28 |
“Qarabağ” | 8 | 111 | 57 | 32 | 22 | 131-83 | 203 |
“Neftçi” | 5 | 38 | 25 | 6 | 7 | 76-28 | 81 |
Azərbaycan çempionatı | 13 | 149 | 82 | 38 | 29 | 207-111 | 284 |
0
0