“Özümü Rail Məlikovdan zəif saymıram” - FOTO
21.04.2011 - 14:19
“Minimum 5-6 il legioner həyatı yaşamaq istərdim. Amma ona qədər “Qəbələ”nin uğurları üçün tər tökəcəyəm. Titul qazanmaq və ya avrokuboklarda oynamaq istəyirəm”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Qəbələ” klubunun futbolçusu Nodar Məmmədov deyib.
Bir vaxtlar Azərbaycan milli komandasına da çağırılan müdafiəçi yığmada oynayan arxa xətt oyunçularının heç birindən zəif olmadığını düşünür: “Hər futbolçu istər ki, millinin formasını geyinsin, daim yığmaya çağırılsın. Özümü millidə mənim kimi arxa xətdə oynayanlardan, deyək ki, Elnur Allahverdiyev, Rail Məlikov, yaxud Cəmşid Məhərrəmovdan zəif bilmirəm. Çempionat oyunlarında onlara qarşı oynamışam. Bu, sadəcə, Berti Foqtsun qərarıdır, o, kimi lazım bilirsə, onu da çağırır”.
Mənbə: “Qəbələ” qəzeti

0
0