Ən yüksək ödənişli azərbaycanlı idmançının adı açıqlandı
21.04.2011 - 14:58
Ən yüksək ödənişli azərbaycanlı idmançının adı açıqlandı
Dünyanın ən yüksək ödənişli idmançılarının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, nüfuzlu media qurumlarından ESPN 182 müxtəlif ölkənin hər birinin ən bahalı idmançısını müəyyənləşdirib ki, siyahıda Azərbaycan da yer alıb.

Lakin həmkarlarımız Azərbaycanla bağlı araşdırmalarında yanlışlığa yol veriblər. Onlar atası azərbaycanlı, anası rus olan və milli komandamızı tanımaq istəməyən Aleksandr Səmədovu ən bahalı idmançımız kimi qələmə veriblər.

Görünür, onlar hazırda Moskva “Dinamo”sunda ildə 1 milyon 287 min dollar qazanan futbolçunun məhz Rusiyaya üstünlük verməsi və buna görə peşman olmadığını açıqlamasından xəbərsizdir.