“Şifahi təklif almışam, ancaq rəsmi dəvət gözləyirəm”
21.04.2011 - 14:53
“Azərbaycan futbolunun 100 illik yubileyi ilə bağlı keçiriləcək tədbirdən xəbərdaram. Bilirəm ki, tədbir iyunun 6-da, milli komandamızın Almaniya ilə Bakıdakı rəsmi oyunundan 1 gün öncə olacaq. Həmin tədbirə rəsmən dəvət ediləcəyimə ümid edirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi İqor Ponomaryov deyib.
Futbolda yeganə olimpiya çempionumuz olan Ponomaryov uzun müddətdir İsveçdə yaşayır. O, “Buta” sarayında futbolumuzun 100 illik yubileyinə həsr olunan təntənəli mərasimdə iştirak etməyi arzulayır: “Şifahi təklif almışam, ancaq rəsmi dəvət gözləyirəm. AFFA-nın baş katibi Elxan Məmmədovla telefon söhbətimdə mənə dəvətlilər arasında olduğumu deyib. Ancaq hələlik rəsmi dəvət almamışam. Ümidvaram ki, göndərəcəklər. Bu tədbirdə iştirak etmək üçün Bakıya gələ bilərəm. O başqa məsələ ki, dəvət olmasa, tədbirə düşə bilməyəcəyəm (gülür). Əlbəttə, Azərbaycan futbolunda xidmətləri olmuş, yeganə olimpiya çempionu olan bir şəxs kimi belə tədbirdə iştirak etmək istəyirəm. Hər halda, bütün gəncliyimi, həyatımın 15 ilini futbolçu karyerama vermişəm, sonradan müxtəlif komandalarımızda baş məşqçi işləmişəm. İnanıram ki, rəsmi dəvət alacağam. Bu, birmənalıdır”.
Məlum olduğu kimi, apasport.az saytının 100 illik yubiley çərçivəsində əsrin rəmzi yığmasını seçməklə bağlı layihəsi var. Bunu dəstəkləyən Ponomaryov həmin komandada yer almasını sorğuya qatılanların öhdəsinə buraxır: “Sözsüz ki, belə layihələrin olması yaxşıdır. Əgər söhbət 100 illikdən gedirsə, deməli, bu müddətdə oynamışlar rəmzi komandaya düşə bilərlər. Bu, həm 60-cı illər, həm də bizim nəslimizdən olanlardır. İndiki nəsil futbolçulardan düşənlər olacaqmı? Bax, bunu deyə bilmərəm. Bu, elə sorğudur ki, respondentlər seçimini öz istəyi ilə edirlər. Ona görə rəmzi yığmaya düşməklə əlaqədar mənə səs verilib-verilməyəcəyini deməyim düzgün olmazdı”.
Mehman SÜLEYMANOV

0
0