Bahodir Nasimov ildə 120 min dollardan da az qazanır
21.04.2011 - 15:11
Bahodir Nasimov ildə 120 min dollardan da az qazanır
Azərbaycan Premyer Liqasının bombardiri Bahodir Nasimovun maaşı əksər yerli futbolçularla müqayisədə aşağıdır. Apasport.az saytının məlumatına görə, bəzi yerli ulduzlar ildə 200-300 min dollar qazandığı halda, Bakının “Neftçi” klubunun özbəkistanlı legioneri 120 mindən də az alır. Bu, məşhur ESPN media qurumunun araşdırmaları sayəsində məlum olub.

Planetin 182 ölkəsində ən çox qazanan idmançıların adlarını açıqlayan həmkarlarımız Özbəkistanın rekordçusu kimi Maksim Şatskixi göstərib. Kiyev “Arsenal”ında oynayan veteran futbolçu ildə 120 min dollar qazanır. Bu isə o deməkdir ki, ayda 10 min maaş alan ötənlərin ulduzu Bahodiri arxada qoyub. Yəni, Naimovun illik qazancı həmyerlisindən də azdır.