Petar Zlatinov: Onları məğlub etmək o qədər də asan deyil – MÜSAHİBƏ
22.04.2011 - 08:08
Bakının “İnter” komandasının futbolçusu Petar Zlatinov klubun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, bolqar yarımmüdafiəçi ötən turun “Xəzər Lənkəran”la matçı və qarşıdakı “Qarabağ”la görüş haqda fikirlərini açıqlayıb.
- Ötən şənbə komanda “Xəzər Lənkəran”a qarşı nəticəsi heç-heçə başa çatmış çətin səfər oyunu keçirdi. Ümumilikdə oyunu necə qiymətləndirirsiniz?
- “Xəzər-Lənkəran”la səfər oyunları həmişə çətin alınır. Bu dəfə də belə oldu. Ən əsası odur ki, biz buraxılmış qolun əvəzini çıxa bildik. Beləliklə də uduzmamaq kimi minimum tapşırığı yerinə yetirdik. Matçın gedişində onların da, bizim də şanslarımız oldu, lakin hesab dəyişmədi.
- Bir neçə gündən sonra komanda səfər oyununda “Qarabağ”la qarşılaşacaq...
- “Qarabağ” kifayət qədər ciddi rəqibdir, çox güclü komandadır. Onlar yaxşı kombinasiyalı futbol oynayırlar və buna görə də bizi çətin oyun gözləyir. Axı, onları məğlub etmək o qədər də asan deyil. Demək istəyirəm ki, “Qarabağ”la oyuna yalnız qələbə üçün çıxacağıq. “Altılığın” final oyunları çərçivəsində biz artıq 5 qarşılaşma keçirmişik, lakin heç birində qələbə əldə edə bilməmişik. Odur ki, qarşıdakı oyunda 3 xal bizə çox lazımdır. Bundan başqa, qələbə bizə turnir cədvəlində vəziyyəti dəyişdirməyə imkan verəcək ki, bu da oyunun əhəmiyyətini artırır.
- “İnter” hələlik turnir cədvəlində 5-ci yerdədir. Sizcə komanda cədvəldə yüksələ bilərmi?
-Hansısa proqnoz vermək istəmirəm. Təbii ki, nə qədər irəliləsək, bir o qədər yaxşı olar. Turnir cədvəlində vəziyyəti dəyişmək lazımdır, bunun üçün qalan matçlarda qalib gəlmək lazımdır. Əlavə edim ki, bizim başlıca vəzifəmiz avrokuboklara düşməkdir.

0
0