“El Klassiko”da Azərbaycan yığmasından danışdılar
22.04.2011 - 09:12
“Serbiya yığmasında üzləşdiyim uğursuzluqda futbolçular günahkar idi. Onların özündən razılığı nəticələrə mənfi təsir etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri tanınmış ispaniyalı mütəxəssis Xavyer Klemente deyib.
Hazırda Kamerun milli komandasında çalışan 61 yaşlı mütəxəssis “Real” və “Barselona” arasında keçirilən İspaniya kubokunun final matçını izləyənlər arasında olub. Pireneyli həmkarlarımızın diqqətini cəlb edən Klemente onların suallarını da cavablandırıb. İspaniyalı Serbiya yığmasında çalışdığı dövrü xatırlayarkən millimizlə Bakıdakı görüşdən danışıb. Klemente “El Klassiko”nun gedişində Avro-2008-in seçmə mərhələsindəki 6:1 hesablı darmadağından ağızdolusu danışıb: “Oyunçularımız Azərbaycanla səfər oyununu asan gəzintiyə çevirdilər, Brüsseldəki qarşılaşmaya isə hazır deyildilər. Seçmə mərhələdə cəmi 2 oyunda uduzduq. Lakin bu da olmamalı idi. Amma futbolçularımız meydana elə arxayın çıxırdılar ki, sanki əziyyət çəkmədən qalib gələcəklər. Təəssüf ki, səviyyəli oyunçularının çoxluğu ilə fəxr edə bilən Serbiya Avro-2008-in final mərhələsinə çıxa bilmədi”.
Qeyd edək ki, 2007-ci il oktyabrın 17-də keçirilən həmin görüşdəki nəticə millimizin seçmə mərhələlərdə ən böyük hesablı ev məğlubiyyəti olub. Bu qarşılaşmadan sonra yığmamızın baş məşqçisi Şahin Diniyev istefa vermişdi.

0
0