Mirça Redniklə Nazim Süleymanovu birləşdirən komanda
22.04.2011 - 09:29
Azərbaycan Premyer Liqasının növbəti turunda görüşəcək baş məşqçilər Mirça Redniklə Nazim Süleymanov eyni komandanın şərəfini qoruyublar. Apasport.az saytının məlumatına görə, sabah Lənkəranda rəqib olan “Xəzər Lənkəran” və AZAL-ın çalışdırıcıları vaxtilə Rusiyanın “Alaniya” klubuna bağlı olublar. Sadəcə, bu, fərqli karyeranı özündən əks etdirib.
Rednikin ölkəmizə gələnə kimi son iş yeri məhz “Alaniya” olub. 49 yaşlı rumıniyalı komandanın indiki kimi Rusiya çempionatının I divizionunda oynadığı zamanı baş məşqçisi idi. Ancaq bu, cəmi 3 ay olub. Rednik 2009-cu ilin avqustundan noyabrına kimi Vladiqafqaz təmsilçisini çalışdıraraq, mövsüm bitən kimi vəzifəsindən çıxarılıb.
Süleymanov üçünsə “Alaniya” karyerasında ən uğurlu klub olub. Belə ki, keçmiş hücumçu ən çox məhz bu komandanın heyətində oynayıb və qol vurub – 142 matça 60 qol. Süleymanov 1991-96-cı illərdə forma geyindiyi “Alaniya”da 1 dəfə çempion olub (1995), 2 dəfə gümüş medal (1992 və 96) qazanıb. Həmyerlimiz dalbadal 2 il (1992, 93) Rusiya çempionatının ən yaxşı 33 futbolçusu arasına düşüb. Süleymanov fəxri vətəndaşı olduğu Vladiqafqaz şəhərinin təmsilçisinin yüksək liqada qol sayına görə rekordçudur.
Qeyd edək ki, Süleymanov üçün Rednikin həm keçmiş, həm də indiki klubu yaxşı tanışdır. Əslən cənub bölgəsindən olan 46 yaşlı çalışdırıcı “Xəzər Lənkəran”ın ilk baş məşqçisi kimi tarixə düşüb. O, 2004 və 2005-ci illərdə qısa müddətdə komandanın sükanı arxasında olub.
Mehman SÜLEYMANOV

0
0