İtaliya mətbuatı yığmamızdan razı qalıb
22.04.2011 - 09:55
İtaliya mətbuatı yığmamızdan razı qalıb
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İtaliyada keçirilən 3-cü Sardiniya kubokunda uğursuz çıxış etsə də öz oyunu ilə apeninlilərin diqqətini cəlb edib. Apasport.az saytının məlumatına görə, keçirdiyi bütün görüşlərdə məğlub olmasına baxmayaraq Vəli Qasımovun yetirmələri haqda İtaliya mətbuatında yalnız müsbət fikirlər yer alıb.

Həmkarlarımız yalnız təsəlli kubokunda oynamalı olan millimizin daha artığına layiq olduğunu düşünür: Sardiniya kuboku göstərdi ki, Şərqi Avropa ölkələrində də istedadlar var. Lakin onlar hələ yetişməlidir. Bundan sonra onların əsas komandalarında parlaması haqda danışmaq olar. Azərbaycan milli komandası bu turnirdə yaxşı oyun nümayiş etdirdi. Xoş təsir bağışlayan bu yığmanın təcrübəsizliyi və praqmatik Avropa futbolu göstərməsi nəticə qazanmasına imkan vermədi.