AZAL-ın siması yubileyə hazırlaşır - FOTO
22.04.2011 - 11:07
AZAL-ın siması yubileyə hazırlaşır - FOTO
Azərbaycan Premyer Liqasının XXVIII turunun “Xəzər Lənkəran”la oyunu Bakının AZAL klubunun futbolçusu Usim Nduka üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, yığmamızın milliləşən nigeriyalısı ölkə çempionatında 150-ci, yubiley matçına çıxacaq.

Azərbaycan futbolunun ən köhnə legioneri sayılan Usim 2004-cü ilin yayından ölkəmizdə top qovur. Həmin vaxt I dəstədə AMMK-da oynayan afrikalı 7 ildir klubuna sadiqdir. Bu müddətdə komandası “Olimpik”, “Olimpik-Şüvəlan” və nəhayət AZAL adlansa da, Nduka həmişə heyətdə olub. AMMK-nın indiki komandada yeganə yadigarı olan futbolçu təkcə Premyer Liqada 149 oyun keçirib. O, bu göstəricidə legionerlərdən yalnız Georgi Adamiyadan geri qalır.

Daha gənc və milliləşən statusuna malik olması 26 yaşlı müdafiəçinin Adamiyanın rekordunu keçməsinin mümkünlüyündən xəbər verir. Lakin bu, ən yaxşı halda növbəti mövsümlərdə gerçəkləşəcək. Hələlik isə Usim “Xəzər Lənkəran”la qarşılaşmadakı yubileyə hazırlaşır. Bundan əvvəlki Lənkəran səfərində komandasının yeganə qolunu vuran Nduka təsnifat mərhələsindəki görüşdə fərqlənmişdi.

mövsüm

oyun

qol

2005/06

22

1

2006/07

22

 

2007/08

26

1

2008/09

24

 

2009/10

29

 

2010/11

26

2

Cəmi

149

4