Milli komandamız 2 İtaliya klubu ilə oynayacaq
22.04.2011 - 11:31
16 yaşadək futbolçular arasında keçirilən “1° Memorial "P.Perugi - 8° R.Nencini” turnirinin təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, İtaliyada keçirilən beynəlxalq turnirdə iştirak edən 6 komanda arasında Azərbaycan milli komandası da var. Nikolay Adamın yetirmələri aprelin 23-25-də baş tutacaq yarışda 3 qarşılaşmaya çıxacaq.
B qrupunda mübarizə aparan millimiz ilk turda İtaliyanın “Sestese” klubu ilə görüşəcək. Sabahkı görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Ertəsi gün saat 20:30-da start götürəcək matçdakı rəqib isə digər İtaliya təmsilçisi “Polisportiva-90” olacaq.
Aprelin 25-də isə final matçları olacaq. Qruplarında sonuncu olanlar 5-ci, ikincilər 3-cü, qaliblər isə 1-ci yer uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, finaldakı rəqibimizin müəyyənləşəcəyi A qrupunda da 2 İtaliya təmsilçisi var: “Altopaskio” və “Roma”. Turnirin millimiz kimi qonağı olan 2-ci xarici komanda isə Ukrayna “Şaxtyor”udur.

0
0