“Qalatasaray”ın potensial prezidentinin ilk yalanı
22.04.2011 - 11:44
“Qalatasaray”ın potensial prezidentinin ilk yalanı
“Qalatasaray”da prezident postuna namizəd Ünal Aysal komandaya cəlb etmək istədiyi baş məşqçi ilə bağlı seçimini dəyişib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 70 yaşlı biznesmen mayın 14-də baş tutacaq seçkilərdə “sarı-qırmızılar”ın rəhbəri olacağı halda, Mirça Luçeskunun İstanbula gətirəcəyinə söz versə də, artıq bu fikrindən daşınıb.

O, “Qalatasaray”ın yeni çalışdırıcısının Erik Gerets olacağını açıqlayıb. Aysal bildirib ki, belçikalı mütəxəssislə razılıq əldə olunub. Geretsin köməkçisi isə İstanbul klubu ilə UEFA kubokuna yiyələnən Hasan Şaş təyin ediləcək.

Qeyd edək ki, Gerets “Qalatasaray”da 2 il baş məşqçi olub və 2005/2006 mövsümündə onları Super Liqanın qalibi edib.