“Mirça Rednikə qarşı düzgün hərəkət etməmişəm” - FOTO
22.04.2011 - 12:01
“Mirça Rednikə qarşı düzgün hərəkət etməmişəm” - FOTO
“Mirça Rednikə can sağlığı və xoşbəxtlik arzulayıram. Mənim xoş arzularımı ona çatdırın”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun sabiq futbolçusu Klaudiu Radukanu deyib.

Sabiq həyat yoldaşı və qayınanası tərəfindən aldadılaraq, bütün pullarını itirən 35 yaşlı rumıniyalı hücumçu hazırda ağır günlərini yaşayır. Maddi problemlərlə üzləşən Klaudiu mətbuat vasitəsilə ona dəstək olan “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikə cavab verib: “Rednikə “Xəzər Lənkəran”da da müvəffəqiyyət arzulayıram. Nə vaxt isə belə olacağını ehtimal edirdim. İndi mən səhvlərimə görə Rednikdən üzr istəyirəm. “Vaslui”də baş məşqçimiz olanda, ona qarşı düzgün hərəkət etməmişəm”.

Qeyd edək ki, Radukanu “Espanyol” (İspaniya) və “Arminiya”dakı (Almaniya) uğursuz Avropa səfərindən sonra Rumıniyaya qayıdanda məhz “Vaslui”də Rednikin rəhbərliyi altında çıxış edib. Hazırda isə İspaniya çempionatının 3-cü qrupunun 5-ci dəstəsində mübarizə aparan “Premia”nın şərəfini qoruyur.