“Məhsəti” pley-off mərhələsinə yüksəldi
22.04.2011 - 12:34
Gəncənin 16 yaşlı qızlardan ibarət “Məhsəti” komandası Azərbaycan çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb. Apasport.az saytının məlumatına görə, bu haqda “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) futbol bölməsinin məşqçisi Arzu Mirzəyev məlumat verib.
O bildirib ki, AFFA-nın təşkilatçılığı ilə 16 yaşlı qızlar arasında ölkə çempionatı aprelin 23-də start götürəcək. “Məhsəti” ev oyunlarını Gəncədə keçirəcək.
Bu şəhərdə qızlardan ibarət 2 futbol komandası var. “Məhsəti” “Təhsil” RİM-in Gəncə filialının 16 yaşlı qızlardan ibarət komandasıdır.
Qeyd edək ki, Mirzəyev SSRİ dövründə uzun illər “Neftçi”də oynayıb. 47 yaşlı veteran müdafiəçi müstəqillik dövründə Gəncənin “Kəpəz” klubunun baş məşqçisi olub.

- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0