11-ci qələbə, yoxsa 10-cu məğlubiyyət?
22.04.2011 - 13:02
11-ci qələbə, yoxsa 10-cu məğlubiyyət?
Aprelin 24-də Premyer Liqanın XXVIII turu çərçivəsində keçiriləcək “Qarabağ” – “İnter” dueli sayca 32-ci olacaq. Apasport.az saytının məlumatına görə, buraya “İnter”in sələfi olduğu “Xəzər Universiteti” ilə keçirdiyi oyunlarla yanaşı, çempionat və kubok görüşləri də daxildir.

Belə ki, çempionatda 26, kubokda isə 5 görüş baş tutub. Ölkə birinciliyində keçirilən qarşılaşmalarda “Qarabağ”ın minimal üstünlüyü var: 10 qələbə qazandıqları halda 9 dəfə meydanı məğlub tərk ediblər. 7 oyunda isə 3 xala sevinən olmayıb.

Top fərqinə gəlincə, Ağdam klubunun vurduğu 27 qola “bankirlər” 20 topla cavab veriblər. Bu komandalar kubokda isə 5 dəfə qarşılaşıblar. Hərəyə 2 dəfə qələbə qazanan tərəflər 1 dəfə heç-heçəyə razılaşıblar.

Bu mövsümə gəldikdə, “Qarabağ” ilk turda rəqibinə uduzub. Dekabrın 4-ündə Suraxanıda baş tutan cavab görüşündə Qurban Qurbanovun yetirmələri Rauf Əliyevin vurduğu qolla revanş alıblar. Martın 12-də - III dueldə isə yenə Rauf hesabı açıb, ardınca Adamiya fərqlənib.

Qarabağ” – “İnter” arasında baş tutan bütün oyunlar

Cempionat
1999/2000 0:0, 2:0
2000/2001 3:0, 0:0
2001/2002 2:1, 1:2, 1:1
2003/2004 3:1, 2:0
2004/2005 3:1, 0:1
2005/2006 0:2, 1:0
2006/2007 0:1, 0:1
2007/2008 0:1, 0:1
2008/2009 1:1, 1:1
2009/2010 1:0, 1:2, 1:1, 1:1
2010/2011 0:1, 1:0, 2:0,

Kubok
2004/2005 1:0, 0:2 1/8 final
2007/2008 2:2, 0:1 1/8 final
2008/2009 1:0 final

Mənbə: qarabagh.com