İqor Ponomaryov: Jiloan Hamadla bağlı niyə mənə zəng etmirlər?
22.04.2011 - 14:00
“Mən “Malmö” klubunda oynayan Jiloan Hamadı yaxşı tanıyıram. 1990-cı ildə Bakıda anadan olub və sonradan İsveçə köçüb”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi İqor Ponomaryov deyib.
“Malmö” klubunun isveçli futbolçusu Jiloan Hamad bir müddət öncə milli komandamızda oynamaq təklifi aldı. Ancaq milliyətcə kürd, əsli İraqdan olan 21 yaşlı cinah yarımmüdafiəçisi bunu qəbul etmədi. Hamad bunu özünü isveçli sayaraq, bu ölkənin yığmasında oynamaq istəyi ilə əsaslandırdı.
Jiloanın doğulduğu vaxtdan da bir qədər əvvəl İsveçdə yaşayan Ponomaryov onun millimizə gəlişi ilə bağlı vasitəçilik etməyə hazır olduğunu bildirib: “Elementar bir şey var, mən uzun müddətdir İsveçdə yaşayıram. Kimsə mənə zəng edə deyə bilməz ki, İqor Anatolyeviç, həmin oğlanla danışmaq lazımdır, siz də İsveç dilində sərbəst ünsiyyət qurursunuz, bu işdə bizə kömək edə bilərsiniz? Ona məndən yaxın kim ola bilər? Heç kim. Məgər düz demirəm? Mən bu qədər yaxın olduğum halda, başqaları zəng edərək, kömək istəyir. Nə isə... Mən öz işimi görürəm. Zəng edib, xahiş edərlər, mən də nə bacarıramsa, edərəm”.

0
0