Arda formasını “Xəzər Lənkəran”ın futbolçusuna göndərdi
22.04.2011 - 13:50
“Qalatasaray”ın kapitanı Arda Turan formasını “Xəzər Lənkəran”ın futbolçusu Cem Fələyə bağışlayıb. Bu barədə apasport.az saytına Cemin atası Vural Fələk məlumat verib. Onun sözlərinə görə, Arda geyindiyi 10 nömrəli formanın üzərinə imza ataraq, oğluna göndərib.
Uzun illərdir Almaniyanın Frankfurt şəhərində yaşayan Fələk hədiyyəni “Qalatasaray” rəsmisi Sərdar Savaşdan alıb: “Arda formanın üzərində “Cemə sevgilərimlə” yazıb. Savaş Almaniyaya səfər edərkən, formanı da gətirdi. Oğlumla ciddi maraqlanaraq, peşəkar müqavilə bağlamaq istədiklərini bildirdi. Buna əsasən ev, aylıq maaş təklif edirlər. Ona “Qalatasaray”da gələcəyin “10 nömrəsi” kimi baxırlar”.
Vaxtilə yığmamızda oynamaq istədiyini açıqlayan, hətta buna görə atası ilə birgə Bakıya gəlib AFFA rəhbərliyi ilə görüşən Cem hazırda ABŞ-dadır. Ata Fələk oğlunun Frankfurtun “Ayntraxt” klubunun heyətində Okeanın o tayında keçirilən beynəlxalq turnirdə uğurla çıxış etdiyini deyir: “Cem aprelin 15-dən Amerikadadır. Turnirdə 5 oyun keçirən “Ayntraxt” hamısında qalib gəlib. Oğlum 4 qol vurub. Komandası “Bavariya”nı 2:1 hesabı ilə yendi. Cemin həmin görüşdə hesabında 1 qol, 1 məhsuldar ötürmə oldu. Məşhur futbolçu Mehmet Şollun oğlu da “Bavariya”da oynayır. Şoll Cemə heyran qalıb. Deyir ki, futbol ağlı və zəkası çox mükəmməldir, gələcəyin ulduzu olacaq. Oğlum aprelin 26-da Almaniyaya qayıdacaq. Finala çıxararlarsa, ABŞ televiziyası oyunu canlı göstərəcək. Turnir istedadlı futbolçuları axtaran amerikalı menecerlərin maraq dairəsindəndir. “Milan”ın nümayəndələri də oradadır. İtalyanlar Cemi görərək, telefon nömrəsini alıblar”.
Qeyd edək ki, Cem transfer hüquqları müqavilə ilə “Xəzər Lənkəran”a məxsusdur.
Mehman SÜLEYMANOV

0
0