UEFA kubokunun qalibi azərbaycanlı futbolçu ilə şərik olur
22.04.2011 - 15:53
UEFA kubokunun qalibi olan Qlen Şiller azərbaycanlı futbolçu Anatoli Ponomaryovla əməkdaşlığa başlayır. Apasport.az saytının məlumatına görə, 51 yaşlı isveçli veteran futbolçu yenicə karyerasını bitirən Ponomaryovla menecerlik sahəsində birgə çalışmağı qərara alıb. Bu da onların müştərək agentlik firmasını açması ilə bağlıdır.
Futbolçu karyerasını ötən qış bitirən 29 yaşlı Anatoli İsveçdə menecerlik işinə başlayaraq, fasilə müddətində bir sıra futbolçuları klublara düzəldib. İndi həmyerlimiz bu işdə daha uzun müddətdir çalışan Şillerin təcrübəsindən yararlanacaq. Onlar eyni firmanın nümayəndələri kimi birgə çalışacaqlar.
Qeyd edək ki, Qlen Anatolinin atası, futbolda yeganə olimpiya çempionumuz olan İqor Ponomaryovla eyni ildə dünyaya gəlib (1960) və onun kimi yarımmüdafiəçi olub. 15 illik karyerası yalnız vətəni ilə bağlı olan Şiller ən böyük uğurunu oynadığı ilk komandada (1977-86) qazanıb. Bu, İsveçin ən məşhur, köklü, titullu klubu olan “Höteborq”dur. Şiller 1981/82 mövsümündə onun heyətində UEFA kubokunu qazanıb. Keçmiş yarımmüdafiəçi həmin vaxt “Höteborq”da İsveçin ən tanınmış, güclü məşqçisi olan Sven-Qoran Erikssonun rəhbərliyi altında oynayıb.
Mehman SÜLEYMANOV

0
0