Litmanen 40 yaşında da Bakıya gələ bilər
22.04.2011 - 16:19
Finlandiyanın əfsanəvi futbolçusu Yari Litmanen qocalmaq bilmir. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi 40 yaşında yeni klubla müqavilə bağlayıb. Bu son ölkə çempionu olan HİK-dir. Helsinki təmsilçisi Litmanen karyerası boyu geyindiyi 10 nömrəli formanı ona verərək, 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, “Ayaks”, “Barselona” və “Liverpul” kimi klublarda oynamış Yari 2008-ci ildən vətəndə “Laxti” klubunda çıxış edirdi. Dəfələrlə yığmasının heyətində milli komandamıza qarşı oynayıb, Azərbaycana gəlib və qol da vurub. Onun yenə ölkəmizə gələcəyi istisna deyil. Çünki onun yeni komandası Azərbaycan Premyer Liqasının gələcək qalibinə Çempionlar Liqasına potensial rəqib olub.

- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0