Azərbaycan çempionu səpələnməmişlər arasında!?
22.04.2011 - 23:01
Çempionlar Liqasının II təsnifat mərhələsində çıxış edəcək klubların bəzilərinin hansı səbətdə yer alacağı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun adı dəqiqləşməsə də, komandamızın potensial rəqibləri ilə bağlı suala müəyyən mənada aydınlıq gəlib.
Təmsilçimizin mübarizəyə başlayacağı II təsnifat mərhələsində 34 komanda mübarizə aparacaq. Onlardan 2-si I təsnifat mərhələsindən gələcək. Digər 32 komandadan isə 13-nün adı artıq dəqiq məlumdur. Bunlardan da 3-ü səpələnmişlər, 5-i səpələnməmişlər sırasında yer alacaq. Digər 5 çempionun püşk zamanı harada yer alacağı isə hələlik qaranlıq qalır.
Bundan başqa, hələ çempionu bilinməyən ölkələrin bir qisminin təmsilçisinin hansı səbətdə qərarlaşacağı da məlum olub. Belələrindən 5-i səpələnmiş, 3-ü isə səpələnməmişlər sırasındadır. Digər 11 ölkədə isə çempionun taleyi ikiqat qaranlıq qalır. Yəni, həm bu komandanın adı, həm də hansı səbətdə olacağı dəqiq deyil. Təbii ki, bu komandaların kimliyindən asılı olaraq dəyişə bilər.
Böyük ehtimalla “Neftçi”nin çempion olacağı Premyer Liqamızın qalibinin səpələnmişlər sırasında yer almaq şansları çox aşağıdır. Bunun üçün təkcə ölkəmizdəki çempionun kimliyi rol oynamır. Gərək digər ölkələrdə zəif reytinqli komandalar qalib adını qazansın. Əks halda, “Neftçi” və ya onu devirəcək komandamız səpələnmişlərdən biri ilə görüşəcək. Bu isə o qədər də arzulanan deyil.
Səpələnmişlər: BATE (Belarus), “Rusenborq” (Norveç), APOEL (Kipr), Şotlandiya, Xorvatiya, İsrail, Çexiya, Avstriya çempionları
Səpələnməmişlər: “Pünik” (Ermənistan), “Skonto” (Latviya), “Tobol” (Qazaxıstan), “Dudelanj” (Lüksemburq), “Flora” (Estoniya), “Breydablik” (İslandiya), Çernoqoriya, Albaniya və Uels çempionları, 1-ci təsnifat mərhələsinin 2 qalibi
Qeyri-müəyyənlər: HİK (Finlandiya), “Ekranas” (Litva), “Malmö” (İsveç), “Şemrok Rovers” (İrlandiya), Bolqarıstan, Polşa, Slovakiya, Gürcüstan, Serbiya, Bosniya və Herseqovina, Macarıstan, Moldova, Azərbaycan, Sloveniya, Makedoniya

0
0