Ramiz Məmmədovun komandası 1-ci oldu
22.04.2011 - 17:15
Qazaxıstan Premyer Liqasında ilk 7 tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, azərbaycanlı Ramiz Məmmədovun cari mövsümdən baş məşqçisi olduğu “Atırau” klubu arxada qalan müddətdə göstəricisinə əsasən fərqləndirilib. Bu da komandanın ev oyunlarındakı azarkeş sayında 1-ci olması ilə bağlıdır. Belə ki, “Atırau”nun bu çempionatda “Munayşı” stadionunda keçirdiyi cəmi 2 görüşə orta hesabla 7000 azarkeş olub. Məmmədovun komandası bu göstəricidə 2-ci olan İrtış” klubunu xeyli qabaqlayır. Belə ki, Pavlodardakı 3 oyuna 15200 nəfər gəlib və bu, orta hesabla 5067-dir.
- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0