“Qalatasaray”ın yaxşı təklifini dəyərləndirmək istəyirəm”
22.04.2011 - 17:39
“Qalatasaray”ın yaxşı təklifini dəyərləndirmək istəyirəm”
Belçikalı mütəxəssis Erik Gerets “Qalatasaray” klubunun baş məşqçisi postuna qayıtmaqla bağlı təklif aldığını təsdiqləyib. Apasport.az saytının məlumatına görə, 56 yaşlı çalışdırıcı Belçika mətbuatına açıqlamasında “Cim Bom”un prezidenti seçkilərində şansları ən yüksək qiymətləndirilən namizəd Ünal Aysaldan dəvət aldığını bildirib. Aysal seçiləcəyi halda, idman direktoru postuna gətirəcək Bülənt Tulun bir neçə gün öncə Geretsin köməkçisi ilə İstanbulda görüşmüş və tərəflər arasında böyük ölçüdə anlaşma əldə olunmuşdu. Gerets son qərarını vermək üçün düşünməyə vaxt istəyib: “Yaxşı bir təklif aldım. Dəyərləndirmək istəyirəm. Yaxın zamanda qərarımı verəcəyəm”.

Qeyd edək ki, Gerets 2005-07-ci illərdə “Qalatasaray”ı çalışdırıb və ilk mövsümdəcə çempionluq qazandırıb. O, 2007-ci ildə postundan gedəndə indiki prezident Adnan Polat klubun vitse-prezidenti olub. Geretsin hazırkı iş yeri bu ildən baş məşqçisi olduğu Mərakeş yığmasıdır.