“Qəbələ” “Sautempton” “sədd”inə ilişdi
22.04.2011 - 23:04
Türkiyədə Beynəlxalq Kuşadası turnirində qrup mərhələsini uğurla adlayan “Qəbələ”nin 14 yaşa qədər futbolçulardan ibarət komandası 1/8 final mərhələsində də müvəffəqiyyət qazanıb. Klubdan apasport.az saytına verilən xəbərə görə, yerli “Turqutluspor”la üzləşən təmsilçimiz Əli Səmədovun qolu sayəsində rəqibini 1:0 hesabı ilə məğlub edib.
1/4 finalda İngiltərənin “Sautempton” klubuyla qarşılaşan “Qəbələ” təəssüf ki, məğlubiyyətlə barışmalı olub – 0:1. 5-8-ci yerlər uğrunda mübarizə aparan komandamız bu gün növbəti oyununu keçirəcək.
1/4 finalda İngiltərənin “Sautempton” klubuyla qarşılaşan “Qəbələ” təəssüf ki, məğlubiyyətlə barışmalı olub – 0:1. 5-8-ci yerlər uğrunda mübarizə aparan komandamız bu gün növbəti oyununu keçirəcək.
0
0