Jaba: Bizdə qələbə ruhu yoxdur
23.04.2011 - 00:29
Jaba: Bizdə qələbə ruhu yoxdur
“Neftçi” ilə matça yaxşı hazırlaşmışıq. Bu hazırlıq eyni zamanda “Xəzər Lənkəran”la keçiriləcək vacib oyuna da aiddir”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun futbolçusu Jaba deyib.

Braziliyalı legioner Premyer Liqanın “Neftçi” ilə keçiriləcək görüşü barədə fikirlərini açıqlayıb: “Rəqib yaxşı komandadır və çempionatın vahid lideridir. Onlar çempionluğunu rəsmiləşdirmək üçün yalnız qələbəyə oynayacaq. Premyer Liqada iddamız qalmasa da, həmişə olduğu kimi, bu oyuna da yalnız qələbə üçün çıxacağıq”.

Jaba “Xəzər Lənkəran”la kubok oyunu barədə də danışıb: “Bizim üçün olduqca vacib bir oyundur. Kubok oyununda qələbə qazanmaq əsas məqsəddir, çünki, bu oyunda məğlubiyyət mövsümün sonu deməkdir. Ona görə sonacan vuruşub, qələbə qazanmaq lazımdır. Necə ki keçən il bunu etmişdik. Komanda hər oyuna ürəklə, qələbə ruhu ilə çıxmalıdır. Bu belə olmasa, növbəti oyunlarda da məğlubiyyətdən qaça bilməyəcəyik. Heyətdə dəyişikliklər yer alsa da, bu il “Bakı” çox güclüdür. Sadəcə, komandada qələbə ruhu çatmır”