Ölkə çempionatının hakimləri boykota hazırlaşırlar
23.04.2011 - 15:16
Moldova milli diviziyasının hakimləri ölkə çempionatının qarşıdakı turlarını boykot etmək niyyətindədir. Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, artıq 34 ədalət təmsilçisi yerli Futbol Federasiyasına ərizə ilə müraciət edərək məqsədlərini açıqlayıblar.
Onlar bildiriblər ki, “Zimbru” və “Daçiya”nın iştirakı ilə oyunları idarə etmək istəmirlər. Buna səbəb isə 2 referi – Vlad İvançenko və Gennadi Sidenkonun telefonla hədələrə məruz qalmasıdır. Hakimlər yenidən belə halın təkrarlanacağı halda çempionatın sonuna qədər oyunları idarə etməkdən imtina edəcəklər.
Xatırladaq ki, “Rapid” – “Daçiya” qarşılaşmasında baş hakim Vlad İvançenko hədələndiyindən görüşə gəlməmişdi. Ondan öncə isə “Zimbru” – “Şerif” matçına təyinat alan Gennadi Sidenko təzyiqlərə məruz qalmışdı.

0
0