Qyoko Hacıyevski: Deməyə söz tapa bilmirəm
23.04.2011 - 15:52
“Bu gün məğlub olduq, deməyə söz tapa bilmirəm. Qalib gəlmək istəyirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.
Makedoniyalı mütəxəssis Azərbaycan Premyer Liqasının XXVIII turunun “Muğan”la oyunundakı 0:3 hesablı məğlubiyyətin səbəblərini açıqlayıb: “Muğan” komandasını təbrik edirəm. Futbolçu oyunda var qüvvəsi ilə oynamalıdır, komandaya dəstək olmalıdır. Bu gün heyətlə bağlı çatışmazlıqlarımız var. Bu səbəbdən Qərib İbrahimovu dayaq yarımmüdafiəçisi mövqeyində oynatdım. Lakin bu futbolçuya iradımı bildirsəm də, o, mənə etiraz etdi və əvəzlənməsini istədi. Mən də onu meydandan kənarlaşdırdım. İlk dəfə idi ki, qadın hakim Premyer Liqada oyun idarə edirdi, fikrimcə hakimlik normal idi. Rəhbərliyə bir neçə dəfə istefa ilə bağlı fikrimi bildirmişəm”

0
0