“Onu bu oyunla mühakimə etmək düzgün deyil”
23.04.2011 - 16:03
“Komandam çox uğurlu çıxış etdi, futbolçulardan razı qaldım. Gənc oyunçulara üstünlük vermişdim, onlar da özlərini doğrultdular”. Apasport.az sayının məlumatına görə, bu fikirlər “Muğan”ın baş məşqçisi Bəhmən Həsənova məxsusdur.
Salyan təmsilçinin çalışdırıcısı Azərbaycan Premyer Liqasının XXVIII turunda “Simurq”a 3:0 hesabı ilə qalib gəldikləri oyuna münasibət bildirib: “Rəqib komandanın baş məşqçisi Qyoko Hacıyevskini bu oyunla mühakimə etmək düzgün deyil. O, “Bakı” klubu ilə çempionluq qazanmış təcrübəli məşqçidir. “Simurq” komandasına uğurlar arzulayıram. Bugünkü oyunun qadın hakim tərəfindən idarə olunması bizim üçün də sürpriz oldu. İdarəçilik yaxşı idi, ona gələcək oyunlarda da uğurlar arzulayıram”.
Mənbə: pfl.az

- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0