Azərbaycan yığması mükafatlandırıldı
24.04.2011 - 00:15
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İtaliyada təşkil olunmuş beynəlxalq turnirdə çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, yarışda 5 oyun keçirən yığmamız 1 qələbə qazanıb və 4 dəfə məğlub olub.
Sardiniya kubokundakı 2 məğlubiyyətdən sonra təsəlliverici yarışda 9-12-ci yerlər üçün mübarizə aparan komandamız nəticədə 11-ci olub. Buna baxmayaraq xoş oyunu ilə italiyalıların diqqətini cəlb edən Vəli Qasımovun yetirmələri mükafatsız qalmayıb.
Belə ki, turnirin bağlanış mərasimində komandamız 2 mükafatla təltif olunub. Tədbirdə yığmamıza “Ən gənc komanda” və “FAİR PLAY” mükafatları verilib.
Mənbə: affa.az

0
0