Əvvəl yubiley, sonra rekord
24.04.2011 - 11:23
Əvvəl yubiley, sonra rekord
İspaniyanın çempionatının “Osasuna” ilə oyunu “Barselona” klubunun qapıçısı Viktor Valdes üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 20 yaşında Kataloniya təmsilçisində debüt edən qolkiper bu klubun heyətində 400-cü oyununu keçirib. 2002-ci il avqustun 14-də Çempionlar Liqasının Polşa “Legiya”sı ilə matçında debüt edən Valdes 400 həddinə 9 ilə çatıb. O, 1986-94-cü illərdə komandada 410 oun keçirmiş Andoni Subisarettaya məxsus rekordu qırmağa da yaxındır.

Qeyd edək ki, Valdes 400 oyunda 307 top buraxıb.