Lionel Messi Avropanın 7-ci bombardiri
24.04.2011 - 11:42
Lionel Messi Avropanın 7-ci bombardiri
İspaniyanın “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi ölkə çempionatının “Osasuna” ilə matçında fərqlənməklə mövsümdə 50-ci qolunu vurub. Apasport.az saytının məlumatına görə, ispan klublarında bu həddə çatan ilk oyunçu kimi tarixə düşən cənubi amerikalı Avropada 7-ci olub.

Qarşıda 5 çempionat və ən azı 2 Çempionlar Liqası oyunu olan “Barselona”lı hücumçu siyahıda 2-ci pilləyədək irəliləyə bilər. Lakin avropa rekordunun Messi trəfindən yenilənəcəyi inandırıcı görünmür.

1. Ferens Deak (Sentlerins, 1945-46) - 66
2. Dyula Jenqeller (Uypeşt, 1938-39) - 56
3. Fred Roberts (Qlentoran, 1931-32) - 55
4. Mario Jardel (Sportinq L, 2001-02) - 55
5. Henrik Larsson (Seltik, 2000-01) - 53
6. Uilyam MakFayden (Mazervell, 1932-33) - 52