“Bakı” mükafatsız qaldı, AZAL-ın çempionluq xəyalı bitdi
24.04.2011 - 11:29
“Bakı” mükafatsız qaldı, AZAL-ın çempionluq xəyalı bitdi
Azərbaycan Premyer Liqasının XXVIII turunun ilk oyun günü mükafatlar uğrunda mübarizədə bir sıra məsələlərə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, “Neftçi” “Bakı” üzərində qələbə qazanmaqla daha bir komandanın çempionluq xəyallarını puç edib. Bu, digər paytaxt təmsilçisi AZAL-dır.

“Neftçi”nin qələbəsindən sonra “təyyarəçilər”in çempionluğa nəzəri şansları da tükənib. Bu isə o deməkdir ki, qızıl uğrunda mübarizədə “ağ-qaralar”ın cəmi 2 rəqibi qalıb: “Xəzər Lənkəran” və “Qarabağ”. Xatırladaq ki, “Bakı” ilə “İnter”in çempion olmayacağı xeyli əvvəl rəsmiləşmişdi.

“Neftçi”yə uduzan “Bak”nın isə ümumiyyətlə medal şansları sıfıra enib. Üçüncü pillədən 14 xal geri düşən ikiqat ölkə çempionu son 4 yunda qələbə qazansa belə Premyer Liqanı mükafatsız bitirəcək.