MOİK Premyer Liqa ilə vidalaşdı
24.04.2011 - 16:53
MOİK Premyer Liqa ilə vidalaşdı
Azərbaycan Premyer Liqasının XXVIII turu aşağı dəstəyə yuvarlanacaq ilk komandanın adına aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, MOİK klubu növbəti mövsümdə yenidən aşağı dəstədə çıxış edəcək. Bu, “hərbçilər”in “Qəbələ” ilə səfər oyunundan sonra rəsmiləşib.

Düzdür, sonuncu pillədə qərarlaşan bakılılar bugünkü qarşılaşmada uduzmamaqla xal hesabını 12-yə çatdırıb. Elə “Turan”da “Gəncə” ilə səfər matçında udzub. Lakin 10-cu pillədə qərarlaşan “Turan”la xal fərqinin 12 olması MOİK-in Premyer Liqa ilə vidalaşmasına səbəb olub. Belə ki, son 4 turda paytaxt təmsilçisi ən yaxşı halda tovuzlulara çata bilər. Lakin şəxsi oyunlardakı üstünlük 10-cu pillənin MOİK-ə nəsib olmasına imkan vermir. Çünki “Turan” bu mövsüm 3 dəfə MOİK-i məğlub edib.

Qeyd edək ki, mövsümün yekunlarına görə 2 komanda Premyer Liqadan I divziona yuvarlanacaq.