Ramiz Məmmədov çempiona uduzmadı
24.04.2011 - 16:57
Qazaxıstan çempionatında VIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı mütəxəssis Ramiz Məmmədovun baş məşqçisi olduğu “Atırau” son ölkə çempionu “Tobol”un qonağı olub. Bu matçadək keçirdiyi 7 oyunda 8 xal toplayan həmyerlimizin komandası çətin səfər oyunundan 1 xalla ayrılıb. Belə ki, bu qarşılaşmada qapılara qol vurulmayıb.
Qeyd edək ki, bu 2 komanda aprelin 20-də keçirilən Qazaxıstan kubokunun 1/8 finalında da üz-üzə gəlmişdilər. Həmin matçda həmyerlimizin yetirmələri əlavə vaxtda 2:3 hesabı ilə uduzmuşdu.
Qeyd edək ki, bu 2 komanda aprelin 20-də keçirilən Qazaxıstan kubokunun 1/8 finalında da üz-üzə gəlmişdilər. Həmin matçda həmyerlimizin yetirmələri əlavə vaxtda 2:3 hesabı ilə uduzmuşdu.
0
0