Kaxaberf Sxadadzenin xatirələri
24.04.2011 - 19:03
Kaxaberf Sxadadzenin xatirələri
Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze həmkarlarının onun haqqında fikirlərinə həssaslıqla yanaşır. Apasport.az saytının məlumatına görə, gürcüstanlı mütəxəssis Azərbaycan Premyer Liqasının XXVIII turunun “Qarabağ”la oyunundan sonra da bu xüsusiyyətini göstərib.

Sxadadze 0:1 hesablı məğlubiyyət haqda danışmaqdansa həmkarının müsahiblərindən birini xatırlayıb: "Qurban Qurbanova müsahibələrinin birində mənim ünvanıma səsləndirdiyi xoş sözlərə görə minnətdarlığımı bildirmək istəyirəm. Bu gün "Qarabağ" layiqli qələbə qazandı. Həmin epizodda penalti var idi və "Qarabağ" bundan yararlandı. Çempionatı demək olar ki, boşa verdik. İndi bütün diqqətimizi ölkə kubokuna yönəltməliyik".


Mənbə: pfl.az