“Qəbələ” 7-ci oldu
24.04.2011 - 22:06
“Qəbələ” 7-ci oldu
“Qəbələ”nin 14 yaşa qədər futbolçulardan ibaərət komandası 2-ci Beynəlxalq Kuşadası turnirindəki çıxışına yekun vurub. Apasport.az saytının xəbərinə görə, ¼ finalda “Sautempton”a məğlub olaraq medallar uğrunda mübarizədən kənar qalan təmsilçimiz 5-8-ci yerlər uğrunda mübarizədə yerli “Bucaspor”la qarşılaşıb və 0-1 hesabilə məğlub olub.
Turnirin son oyununda “Qəbələ” “Altay”la üz-üzə gəlib. Matçın əsas vaxtı 0-0 bitdiyindən qalib penaltilərlə müəyyənləşdirilib. Penaltiləri daha dəqiq yerinə yetirən təmsilçimiz 3-2 hesabilə qalib gəlib və turniri 7-ci yerdə yekunlaşdırıb.
Dünən keçirilən və NTV Spor kanalı ilə canlı yayımlanan Dünya və Türkiyə yığmaları arasındakı matç isə sülhlə sona çatıb:2-2. İki 25 dəqiqəlik hissə şəklində oynanan “All Star Match”ın hər yarısına komandalar fərqli 11-liklərlə çıxıblar. Dünya yığmasına dəvət alan futbolçularımızdan Fərid Əsədli ilk hissədə, Bəhlul Mustafazadə isə ikinci yarıda meydançaya çıxıb.