Tərlan Əhmədov italiyalıların qapısına qol vurdu
25.04.2011 - 09:16
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası İtaliyanın Florensiya şəhərində təşkil olunmuş turnirin finalına yüksəlib. Apasport.az saytının məlumatına görə, Nikolay Adamın yetirmələri bu gün keçiriləcək həlledici oyunda “Roma” klubunun U-17 komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Futbolçularımız turnirdəki ilk oyunda Anar Babazadənin vurduğu qol sayəsində “AS Sestese” komandasını 1:0 hesabı ilə məğlub edib. Yığmamızın növbəti rəqibi “Polisportivo-90” klubunun U-17 komandası olub. Bu qarşılaşma da Azərbaycan U-16-nın xeyrinə başa çatıb – 3:1. Komandamızın heyətində Fəhmin Muradbəyli, Tərlan Əhmədov və Ülvi Süleymanov fərqləniblər.
Qeyd edək ki, turnirdə 17 yaşadək futbolçulardan ibarət komandalar iştirak etsə də, yığmamız daha aşağı yaş qrupu ilə təmsil olunur.
Mənbə: affa.az

0
0