“Neftçi” həm mükafat, həm avrokubok həsrətinə son qoydu
25.04.2011 - 09:42
Azərbaycan Premyer Liqasının XXVIII turundan sonra Bakının “Neftçi” klubu ilk “üçlük”də yerini təmin edib. Apasport.az saytının məlumatına görə, çempionluğun 1 addımlığında olan Arif Əsədovun yetirmələri son 4 turun nəticələrindən asılı olmayaraq minimum bürünc medalı təmin edib. Bununla da “Neftçi” 2 uğursuz mövsümdən sonra mükafatçılar sırasında yerini qaytarıb. Bakılılar sonuncu dəfə 2007/08 mövsümündə 3-cü olmuşdu.
İlk “üçlük”də yerini təmin edən “ağ-qaralar” avrokuboklara vəsiqəni də təmin edib. “Neftçi” ən azı avropa Liqasında çıxış edəcək. Sonuncu dəfə 2008/09 mövsümündə İntertoto kubokunda çıxış edən “neftçilər” 3 illik fasilədən sonra qitə arenasına çıxacaq. “Neftçi”nin tarix yaxdığı İntertoto kubokunun ikinci dərəcəli olduğunu nəzərə alsaq komanda son dəfə 2007/08 mövsümündə avrokuboklarda oynamışdı. Həmin vaxt UEFA kubokunda Avstroya “Rid”inə (1:3 və 2:1) uduzan paytaxt təmsilçisi 4 il sonra qitə kuboklarında çıxış edəcək.

0
0