Azərbaycan yığmasında 7 legioner
25.04.2011 - 09:53
Azərbaycan yığmasında 7 legioner
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, aprelin 26-dan 30-a qədər Qazaxıstanın Astana şəhərində təşkil olunacaq “Prezident Kuboku” turnirində Təbriz Həsənov 20 futbolçuya güvənəcək.

Heyətlə bağlı seçimini edən mütəxəssis xarici klublarda çıxış edən 7 legioneri də komandasına cəlb edib: Ramin Şirinov, Emil Həşimov (hər ikisi “Qarabağ”), Kənan Manafov, Əyyub Əliyev (hər ikisi “Neftçi”), Sadiq Quliyev, Şirməhəmməd Məmmədov, Elvin Camalov (hamısı “Qəbələ”), Coşqun Diniyev, Qurbanəli Əliyev, Adil Nağıyev, Fuad İslamzadə (hamısı “İnter”), Rüstəm Əsgərov (“Tekstilşik”, İvanovo, Rusiya), Kamran Abdullazadə (“Xəzər Lənkəran”), Vəkil Talıbov (“Akademiya-Konopleva”, Tolyatti, Rusiya), Nurlan Şiriyev (“Rostov”, Rusiya), David Qarayev (FK “Stolitsa”, Moskva, Rusiya), Polad Mirzəzadə (“Bakı”), Ruslan Abdullayev (“Torpedo”, Moskva, Rusiya), Orxan Əliyev (“Elektroavtomatik”, Stavropol, Rusiya), Ruslan Nəsirli (“Maşuk-KMV”, Pyatiqorsk, Rusiya).

Qeyd edək ki, bütün oyunları “Astana Arena”da keçiriləcək turnirdə millimiz 4 qarşılaşma keçirəcək. Aprelin 26-da Bakı vaxtı ilə saat 13:00-da İran, ertəso gün saat 17:00-da Qazaxıstanla qarşılaşacaq futbolçularımız qrup mərhələsinin aprelin 29-dakı son turunda Özbəkistanla görüşəcək. Bu matç saat 15:00-da start götürəcək. Komandamız aprelin 30-da tutduğu yerə müvafiq olaraq final görüşünə çıəxacaq.

Mənbə: affa.az