“Azərbaycanda futbol inkişaf edir, biz isə geri addımlayırıq”
25.04.2011 - 10:45
Bolqarıstan futbolunun əfsanələrindən olan Nasko Sirakov Azərbaycan futbolundan danışıb. Apasport.az saytının məlumatına görə, son iş yeri Bolqarıstan yığmasının idman direktoru olan 49 yaşlı veteran hücumçu ölkə futbolundakı problemlərlə bağlı fikirlərini bölüşüb.
Sirakovun sözlərinə görə, Bolqarıstan futbolunun səviyyəsi yaxında Azərbaycandakı kimi olacaq: “Yığmamızın baş məşqçisi Lotar Matteusun nikbin olması məni sevindirir. Mən belə şeylərə əsaslanmaq lazım olduğunu demişəm. Ancaq bilirəm ki, bu, həqiqətdən uzaqdır. Komandamızda aşağı səviyyəli futbolçular çoxdur və onların imkanları məhduddur. Bizim böyük çempionata getmək potensialımız yoxdur. Bunun baş verəcəyi haqda ciddi düşünməməliyik. Mən çox əvvəldən demişəm ki, biz tezliklə Azərbaycan və Gürcüstan səviyyəsində olacağıq. Bizdə geriləmə olması pisdir. Bu ölkələrdə isə futbol inkişaf edir”.
Qeyd edək ki, Sirakov Bolqarıstan yığmasının ən böyük uğuru olan, 4-cü yeri tutduğu DÇ-1994-ün əsas qəhrəmanlarından sayılır.

0
0